Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (467 mln. manat) çox olmaqla 5 mlrd. 326 mln. manat vəsait yönəldilib.
Yanvar-sentyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 171 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.













