Putin Rusiyanın cavab sanksiyaları ilə bağlı fərman imzaladı

  • By admin
  • 03 May 2022 15:54

Rusiya Prezidenti Vladimir Putin bir sıra ölkələrin dost olmayan addımlarına cavab olaraq yeni iqtisadi tədbirlərin görülməsi barədə fərman imzalayıb.

Gununsesi.info  xəbər verir ki, fərman hüquqi informasiyalar internet portalında yer alıb.

Fərmana əsasən, Rusiyanın cavab sanksiyalarına düşmüş xarici fiziki və hüquqi şəxslərlə sövdələşmələr imzalamaq və onların qarşısında öhdəlikləri icra etmək qadağan edilir.

Bundan başqa, fərman həmin şəxslərin xeyrinə Rusiyadan xammal və məhsul çıxarılmasının qadağan olunmasını nəzərdə tutur.

Gununsesi.info