Qətər atəşkəs sazişinin yekun layihəsini İsrail və HƏMAS-a göndərib

Qətər Qəzza ilə bağlı atəşkəs razılaşmasının yekun layihəsini İsrail və HƏMAS-a çatdırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi ilə Qətərin baş naziri arasında keçirilən danışıqlardan sonra Dohada böyük irəliləyiş əldə olunub.

Rəsmi bildirib ki, İsrailin casus rəisləri, yeni seçilmiş prezident Trampın Yaxın Şərq nümayəndəsi və Qətərin baş naziri arasında Dohada gecə yarısından sonra keçirilən görüşlərdən sonra bir nəticə əldə olunub.

Orxan Saffari

Gununsesi.info