“Qazaxıstan”-adının dəyişdirilməsi barədə təklif edilib

Qazaxıstanın “Ak Yol” Demokratik Partiyasının lideri Azat Peruaşev ölkənin adının Qazax Respublikası adlandırılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə Gununsesi.info Rambler.ru-ya istinadən xəbər verir. Belə bir təklifi Peruaşev seçki kampaniyası zamanı Aktau şəhərinə səfəri zamanı səsləndirib. Parlamentari şəhər sakinlərinə xatırladıb ki, parlamentdəki “Ak Yol” fraksiyasının deputatları artıq 2019-cu ildə belə bir təşəbbüslə çıxış ediblər, lakin sonradan təsdiqlənməyib. Eyni zamanda, partiyanın fikrincə, “respublikanı onu yaradan insanların adı ilə çağırmaq lazımdır”.

QMonitor-a müsahibə verən hüquq müdafiəçiləri və politoloqlar bir müddət əvvəl genişmiqyaslı qazax-dunqan millətlərarası münaqişəsindən sonra Qazaxıstan hakimiyyətinin bu sahədə asayişi bərpa etmədiyinə, üç ildən sonra isə vəziyyətin eyni nöqtədə qalmasına diqqət çəkiblər. Eyni zamanda, onların fikrincə, titullu millətə münasibətdə dövlətin passivliyi və proteksionizm “bu proseslərin hələ də müəyyən qədər idarə oluna biləcəyi qənaətinə gətirib çıxarır”.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info