Qlobal həmrəylik artsa da, fərqlər böyük olaraq qalır - Anaklaudia Rossbax

“Bu forumun əsas mesajı aydındır. Mənzil təminatı yerli səviyyədə inteqrasiya olunmuş inkişafın mərkəzində dayanmalıdır. Lakin qlobal həmrəylik artsa da, fərqlər hələ də böyük olaraq qalır”.

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılışı ilə bağlı mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

“Bu kontekstdə Ümumdünya Şəhərsalma Forumu real fəaliyyət platforması kimi çıxış edir. WUF13 nəticəyönümlü qlobal platformaya çevirən təşəbbüsləri bir araya gətirir. Şəhərlər artıq bu sahədə liderlik edirlər — qeyri-rəsmi yaşayış məskənlərindən tutmuş xidmətlərin genişləndirilməsinə və iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılmasına qədər müxtəlif sahələrdə bu özünü göstərir.

Hazırda əsas problem həll yollarının olmaması deyil, onların icrasıdır. Bu, qətiyyətli və dayanıqlı şəhərlərə doğru irəliləmək üçün ortaq fəaliyyət və düşünülmüş öhdəliyi ifadə edir. Buna qarşı addım atmağın zəruriliyi isə aydındır”.

Şəbnəm

Gununsesi.info