Qubada bir ailənin 3 üzvü göbələkdən zəhərləndi

Qubada bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonunun Zərqova kəndində baş verib.

Kənd sakinləri Seyidova İqlimə Şahgədə qızı, Seyidov Seyid Mövlud oğlu və Seyidov Ümman Seyid oğlu meşədən göbələk toplayıb yedikdən sonra özlərini pis hiss ediblər.

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info