Raket hücumu Hələb aeroportunu sıradan çıxardı

  • Müəllif: admin
  • 28 Avqust 2023 10:03

Suriyanın Hələb Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.

Gununsesi.info “SANA” agentliyinə istinadən xəbər verir ki, nəticədə aeroport sıradan çıxıb.

Bildirilir ki, hücum zamanı hava limanının eniş-uçuş zolağına zərər dəyib və maddi ziyan vurulub.

Suriya Müdafiə Nazirliyinin yaydığı məlumatda hücumun Aralıq dənizi tərəfdən İsrail Hərbi Hava Qüvvələri tərəfindən edildiyi iddia olunub.

Gununsesi.info