Ronaldu ad günündə sevgilisindən 250 min dollarlıq hədiyyə aldı - VİDEO

  • By admin
  • 07 Fevral 2022 19:08
Ulduz futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcinya Rodriges futbolçunun 37 yaşının tamam olması münasibətilə ona bahalı avtomobil hədiyyə edib.
Belə ki, 28 yaşlı Corciniya Rodriges “Mançester Yunayted”in hücumçusuna dəyəri 200-250 min dollara civarında olan “Cadillac Escalade” avtomobili hədiyyə edib.
Xatırladaq ki, Rodriges ötən il də sevgilisinə bahalı maşın hədiyyə etmişdi. Belə ki, bir il öncə onun seçimi “Mercedes-Benz Gelandewagen” olmuşdu.
Gununsesi.info