Rostov vilayətinin Myasnikovski rayonunda əlli yaşayış binası Ukraynanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində zərər görüb.
Gununsesi.info xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slyusar özünün Telegram kanalında məlumat verib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (SQQ) hücumunun nəticələrinin aradan qaldırılması davam edir.
“Myasnikovski rayonunun Çaltır kəndində saat 10:30-a düşən PUA-nın qalıqları nəticəsində 50 fərdi ev və üç avtomobil zədələnib”, – deyə bəyanatda bildirilir.
Qubernatorun sözlərinə görə, hazırda mütəxəssislər binaların vəziyyətini qiymətləndirirlər.
Slyusar əlavə edib ki, zədələnmiş binaların sərhədləri daxilində fövqəladə vəziyyət elan edilib. O, hakimiyyət orqanlarının sakinlərə bütün lazımi yardımı göstərəcəyini vurğulayıb.
Orxan











