Rövşən Nəcəf: Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq

  • Müəllif: ilhame
  • 13 May 2024 19:40

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.

 

Qurum rəsmisi komanda sayının artırılmamasının səbəbləri barədə danışıb: “Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin növbəti illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq”.

Gununsesi.info