Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü bəyan edib ki, ABŞ-ın Karib dənizində hərbi qüvvələrini artırması əsassız addımdır və bölgədə gərginliyi artırır.
Bu barədə Gununsesi.info İnterfaks-a istinadən məlumat verir.
Ryabkovun sözlərinə görə, Vaşinqtonun bu addımı regional sabitliyə mənfi təsir göstərir və hərbi balansı pozur.
Məlumata əsasən, ABŞ son aylarda qanunsuz narkotik ticarətinə qarşı apardığı əməliyyat çərçivəsində Karib dənizində və Sakit okeanın şərqində genişmiqyaslı hərbi kampaniya həyata keçirir. Nəticədə ən azı 14 qayıq hədəfə alınıb, 61 nəfər həyatını itirib.
Günay













