Rusiya Federasiya Şurası BMT-ni ABŞ-ın Kubaya təzyiqini pisləməyə çağırıb

  • By Admin2
  • 03 İyun 2026 11:57

Rusiya Federasiya Şurası BMT-ni və beynəlxalq parlamentləri ABŞ-nin Kubaya təzyiqini pisləməyə çağıran müraciət qəbul edib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, bəyanatda deyilir: “Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası ABŞ tərəfindən Kuba Respublikasına qarşı tətbiq edilən iqtisadi, ticarət, maliyyə və enerji blokadasının qeyd-şərtsiz qaldırılmasına çağırır”.

Görüş zamanı senatorlar ABŞ-nin Kubaya qarşı silahlı müdaxilə üçün şərait yaratmağa yönəlmiş hərəkətlərindən narahatlıqlarını bildiriblər.

Maqsud

Gununsesi.info