Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

  • By Ayshan
  • 08 Noyabr 2025 22:42

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya ordusu sıralarında döyüşlərə qatılan Lənkəran rayon Morsa kənd sakini İsmayıl M. aldığı xəsarətlərdən həyatını itirib.

Onun 44 günlük Vətən müharibəsində iştirak etdiyi və bir müddət əvvəl Rusiya ordusuna qoşulduğu bildirilib.