Sərnişin avtobusu kanala düşdü: 40 ölü

  • By admin
  • 16 Fevral 2021 15:03

Hindistanda sərnişin avtobusu körpüdən su kanalına aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə Madya Pradeş əyalətində olub.

Avtobusdakı 40 sərnişin hadisə nəticəsində ölüb, 6 nəfər xilas ola bilib.

Hadisə ilə bağlı istintaq işi açılıb.

Qeyd edək ki, Hindistanda istifadəyə yararsız yollar, köhnə avtomobillər, potensialından çox sərnişin götürən avtobuslar səbəbilə hər il 100 mindən çox insan ölür.

Gununsesi.info