“Sabah” klubu Azərbaycan Kubokunda ikinci qələbəsini qazanıb

  • By ilhame
  • 06 Mart 2024 22:37

“Sərhədçi” İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.

 

Gununsesi.info xəbər verir ki, günün ilk oyunu “Şəki” və “Sərhədçi” komandaları arasında baş tutub.

 

Bu matç “Sərhədçi” klubunun 92:81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Şəki”dən Hüseyn Əsgərli (20 xal, 5 ribaund), “Sərhədçi”dən Cəbrayıl Əkbərov (20 xal, 16 ribaund) olublar.

 

Günün ikinci oyununda kubokun əsas favoriti “Sabah” “Gəncə” ilə qarşılaşıb. Oyunu 89:77 hesabı ilə qalib tamamlayan “Sabah” B qrupunda “NTD-İndiqo” ilə xallarının sayını (4) bərabərləşdirib.

 

Ən məhsuldar basketbolçular “Sabah”dan Endər Poladxanlı (25 xal, 8 ribaund), “Gəncə”dən Derek Rouds (21 xal, 2 asist) olublar.

Gununsesi.info