Samirənin biznesi bağlandı

Aparıcı Samirə Mustafayeva uzun müddət əvvəl qurduğu biznesini dayandırıb.

Gununsesi.info xəbər verir ki, o, şəhərin mərkəzində fəaliyyət göstərən gözəllik salonunu bağlayıb. Bu haqda Samirə özü məlumat verib.

“Gözəllik salonu çalışmır. Zaman ayıra bilmədiyim üçün fəaliyyətini dondurduq. Amma uyğun zamanda yenidən davam edə bilərik” deyə, Mustafayeva bildirib.