Serial ulduzu ailə qurdu

  • By ilhame
  • 26 Avqust 2024 13:09

Gossip Girl” serialının ulduzu, britaniyalı aktyor, model və musiqiçi Ed Vetsvik ailə həyatı qurub.

 

Gununsesi.info xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.

 

Sənətçi hind filmlərində rol alan ingilis fotomodel və aktrisa Emi Ceksonla evlənib.

 

“Səyahət hələ indi başlayır”, – Vetsvik toy fotolarına şərh verib.

 

Qərb KİV-in məlumatına görə, ulduz cütlüyün toyu İtaliyada baş tutub. Üç gün davam edən mərasimdə dünyanın dörd bir yanından gəlmiş 220 qonaq iştirak edib.

Gununsesi.info