Serj Sarkisyan erkən seçkilərdə iştirak qərarı verdi

  • By admin
  • 30 Aprel 2021 10:18

Eks-prezident Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyası da erkən seçkilərdə iştirak edəcək. 
Modern.az xəbər verir ki, partiya sədrinin müavini Armen Aşotyan bunu aprelin 29-da bəyan edib.

Onun sözlərinə görə, belə bir qərar Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının həyati zərurəti, bunun üçün bütün vasitələrdən istifadə olunmasının vacibliyi, müxalifətdəki son hadisələr nəzərə alınaraq verilib. 
Serj Sarkisyanın partiyası seçkilərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbəri olduğu “Vətən” partiyası ilə birlik formatında iştirak edəcək.

Xatırladaq ki, bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Gununsesi.info