
Zanzibarın birinci vitse-prezidenti də daxil olmaqla 20-dən çox siyasətçiyə Anqolaya giriş qadağan edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müxtəlif ölkələrin yüksək səviyyəli siyasi nümayəndə heyətlərinin Anqolaya daxil olmasına icazə verilmədi.
Bildirilib ki, Zanzibarın birinci vitse-prezidenti Osman Məsud Osman da daxil olmaqla, müxtəlif ölkələrdən konfransda iştirak etmək üçün gələn siyasi nümayəndə heyəti Anqolaya buraxılmayıb, 20-dən çox siyasətçi isə saxlanılıb.
Aralarında Zanzibarın Birinci vitse-prezidenti Osman, Tanzaniya ACT Wazalendo Partiyasının lideri Doroti Semu, Mozambik müxalifətinin lideri Venansio Mondlane və Botsvananın keçmiş prezidenti İan Xamanın da olduğu nümayəndə heyəti konfransda iştirak etmək üçün Anqolaya gedib.
Lakin nümayəndə heyəti hava limanında səlahiyyətlilər tərəfindən saxlanılıb və pasportları müsadirə edilib.
Nümayəndə heyətinin tərkibində olan keniyalı senator Edvin Sifuna deportasiya olunduqdan sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə sağ-salamat qayıtdığını təsdiqləyib.
Anqola hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Orxan