Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi ilə bağlı tədbir keçirib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, SOCAR Təhlükəsizlik idarəsinin rəisi İlkin Rəhimov, müavini Şaiq Osmanov və qurumun əməkdaşları, eləcə də DTX-nin veteranları və ərazi üzrə Sabunçu rayon DTX idarəsinin əməkdaşları işitrak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruduqlarını bildirmişlər. Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğının Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsi olduğu vurğulanmışdır.
Bayram təbriklərinin ardından Cəlil Xəlilovun müəllifi olduğu “Milli təhlükəsizlik strategiyası” kitabından xidməti istifadə zamanı tövsiyələr olunmuş, həyat əhəmiyyətli strateji obyektlərin mühafizəsində qarşılıqlı fəaliyyətin önəmi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçıları təhlükəsizlik orqanlarının əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.