Şoyqu Ermənistanın müdafiə nazirini yanına çağırdı

  • By admin
  • 27 İyul 2021 12:21

Ermənistanın müdafiə səlahiyyətlərini icra edən Arşak Karapetyan Moskvaya gedib. 

Gununsesi.info xəbər verir ki, o, səhər saatlarında Yerevandan təcili Rusiyaya uçub.

Məlumata görə, Moskvada Karapetyan müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək. Maraqlıdır ki, səfər dünən Şoyqu ilə Karapetyan arasında baş tutan telefon danışığından qısa zaman sonra baş tutub. Şoyqunun bir sıra məsələləri müzakirə etmək üçün Karapetyanı yanına çağırdığı bildirilir.