“Sputnik Azərbaycan”ın direktoru İqor Kartavıx həbsdən azad edilib

“Sputnik Azərbaycan”ın icraçı direktoru, Bakıda həbs edilmiş İqor Kartavıx azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” qəzetinə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi də ölkə ərazisində saxlanılan Azərbaycan vətəndaşlarından birini azad edib.

Sputnik Azərbaycanın direktoru İqor Kartavıx həbsdən azad edilib