Sudanda vəba epidemiyası: - Ölənlərin sayı 334-ə yüksəldi

Cənubi Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 334-ə yüksəldiyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkənin 10 əyalətindən 7-də yayıldığı bildirilib.

Açıqlamada oktyabr ayından bu yana vəba xəstəliyinə yoluxanların sayının 19 min 320-yə çatdığı, epidemiyadan ölənlərin sayının isə 334-ə yüksəldiyi bildirilib.

10 dekabr 2024-cü il tarixində Cənubi Sudan hökuməti Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edərək ölkədə vəba epidemiyası hallarının artmasına qarşı vətəndaşları peyvənd etmək üçün proqrama başlayıb.

Müharibənin davam etdiyi qonşu Sudanda avqustun 12-də vəba epidemiyası elan edilib və yoluxma sayı 49 mini keçib.

Sudandakı müharibə səbəbindən Cənubi Sudana keçənlərin sayının 880 min civarında olduğu təxmin edilir.

Orxan Saffari

Gununsesi.info