Sülhməramlıların daha 3 maşını Xankəndi istiqamətinə keçdi

  • By admin
  • 31 Dekabr 2022 19:34

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 təminat və 1 minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin avtomobillər Laçından Xankəndi istiqamətinə hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.

Gununsesi.info