Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirlib ki, fevralın 22-si saat 22:00-dan etibarən fevralın 24-ü gecə saatlarınadək suyun verilməsində fasilə olacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.












