Sumqayıtda 700 abonentin qazı kəsiləcək

  • Müəllif: Firuzə
  • 17 Dekabr 2025 11:06

Sumqayıt şəhərində700 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İctimai Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində şkaf tipli qaztənzimləyici məntəqənin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Gununsesi.info