Şuşa yaxınlığındakı Kirs zirvələri kimin nəzarətindədir: Bizim, yoxsa ermənilərin? – FOTO

  • By admin
  • 26 Noyabr 2020 17:39
Ermənistan mənbələri iddia edir ki, Kirs dağı  erməni hərbi qüvvələrinin nəzarətindədir. Söhbətin Böyük Kirs, yoxsa Kiçik Kirsdən getdiyi açıqlanmır.
 
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat və foto paylaşılıb. Fotoya şərhdə “Kirs dağı bizdədir!” yazılıb.
Məlum olduğu kimi, noyabrın 9-da  Milli Ordumuzun misilsiz əməliyyatı sayəsində Şuşa şəhəri erməni işğalından azad edilib. Ancaq    yalnız rəsmi məlumatda nədənsə Xocalı rayonuna aid edilmiş Daşaltı kəndi istisna olmaqla  Şuşa rayonunun heç  bir məntəqəsi rəsmən azad olunmayıb. O cümlədən Kirs yüksəkliyi də azad olunmuş ərazilərin siyahısında deyil. Halbuki, Şuşaya, eləcə də Xankəndinə, Laçına, Füzuliyə, Hadruta nəzarət etmək üçün həmin zirvələr çox stratejidir.
Xatırladaq ki, Böyük Kirs – Azərbaycanda, Xocavənd və Şuşa rayonları arasında yerləşən dağdır. Qarabağ silsiləsinin ən hündür zirvəsidir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metrdir. Kiçik Kirs dağı isə Şuşa rayonundadır. Zirvəsinin hündürlüyü 2346 metrdir.

Gununsesi.org