Lisey təmir olunub, amma açılış olmur, insanları aldadırlar…
“Vaxtı ilə 126 nömrəli məktəb olan, indi isə “Vətən İdman Liseyi” kimi fəaliyyət göstərən müəssisə uzun müddətdir ki, istifadəyə verilə bilmir.”
Bu sözlər Gununsesi.info-ya adıçəkilən liseyin bir qrup müəllim və valideynləri yolladıqları şikayət ərizəsində qeyd edib.
Vətəndaşlar yazır ki, xeyli vaxtdır sözügedən müəssisə təmir olunsa da, açılışı baş tutmur.
“Hər dəfə bir bəhanə ilə müddət uzadılır, olan isə müəllim və şagirdlərə olur”– deyə narazılar bildirir.
Hətta belə bir iddia var ki, lisey ləğv olunacaq, yerində biznesyönümlü nələrsə istifadəyə veriləcək.
O cümlədən, sözügedən müəssisənin iki direktorunun da olduğu bildirilir.
Məsələ ilə bağlı əlaqədar qurumlardan açıqlama almağa çalışdıq, sorğumuza cavab olaraq liseyin yaxın vaxtlarda açılacağı deyilsə də, ancaq yenə də konkret zaman deyilmədi.
Mövzuya qayıdacağıq…
Orxan












