TƏBİB-dən vaksinlə bağlı NÖVBƏTİ AÇIQLAMA: “Xəstəliyi keçirən şəxslər…”

  • By admin
  • 16 Fevral 2021 09:09

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.

Gununsesi.info xəbər verir ki, bunu “Trend”ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.

N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:

“Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı”.

Gununsesi.info