Tramp ABŞ-ı UNRWA və BMT İnsan Haqları Şurasından çıxarır

ABŞ prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) və BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair sərəncam imzalayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imzalanma mərasimində ölkəsinin beynəlxalq təşkilatlardakı rolu ilə bağlı yeni addım atıb.

Tramp ABŞ-ın UNRWA və BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair sərəncam imzalayıb.

İsrailin Qəzzada törətdiyi soyqırımı zamanı tez-tez gündəmə gələn və hətta respublikaçıların “bağlanmasını” tələb etdiyi UNRWA-ya qarşı yeni bir addım atan Tramp, ABŞ-ın artıq fələstinlilərə yardım etmək üçün yaradılmış qurumun bir hissəsi olmadığını bildirib.

Co Bayden administrasiyası daha əvvəl UNRWA-ya Amerika fondlarını dayandırmaq qərarına gəlmişdi.

Orxan Saffari

Gununsesi.info