Turab Nəsirovun cərəyan vurması nəticəsində həyatını itirməsinə dair

  • By admin
  • 06 Aprel 2023 19:02

2023-cü il aprelin 5-də saat 14:00 radələrində ictimai işlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin xətti ilə “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba Xidmət Sahəsinə təhkim edilmiş Turab Nəsirov cərəyan vurması nəticəsində həyatını itirib.

Qeyd etmək istərdik ki, hadisə Turab Nəsirovun şəxsi həyatyanı sahəsində baş verib. O, həmin gün və ondan 1 gün əvvəl naməlum səbəbdən işə çıxmayıb.

Turab Nəsirova Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Gununsesi.info