“Türk xalqı qədər cahil toplum yoxdur” deyən Cəlal Şengör həbs oluna bilər

İstanbulun Beykoz rayon prokurorluğu tanınmış geoloq Cəlal Şengör barəsində 2 ilə qədər həbs cəzası tələb edən iddianamə hazırlayıb.

Gununsesi.info xəbər verir ki, o, “Türk millətini ictimai təhqir” maddəsi ilə ittiham olunur.

Bildirilir ki, prokurorluğun iddiasına səbəb onun bu sözləri olub:

“Türkiyə dünyada sivilizasiyadan ən ibtidai bir ölkədir. Mən bunu görmüşəm. Türk xalqı qədər cahil, əxlaq anlayışından məhrum bir toplum yoxdur. Bu gün bir Anadolu türkünün orta IQ göstəricisi 86-dır. Normal insanın IQ-su isə 90-dır”.

İstintaq zamanı ifadə verən Şengör bildirib ki, bu sözləri təhqir məqsədi ilə deyil, elmi məlumatlara əsaslanaraq söyləyib.

Gununsesi.info