Türkiyə, İsveç və Finlandiya rəsmiləri görüşdü

  • By admin
  • 26 Avqust 2022 19:55

Finlandiya və İsveç rəsmiləri bu gün Türkiyə nümayəndələri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, görüş Finlandiyanın cənubundakı Vantaa şəhərində baş tutub.

Görüşdə iki ölkənin NATO hərbi ittifaqına qoşulmasına icazə verməsi üçün Türkiyənin təhlükəsizlik narahatlıqları müzakirə edilib.

Tərəflər gələn aylarda yenidən görüşmək barədə razılığa gəliblər.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, görüşün məqsədi NATO-nun iyun ayında Madriddə keçirilən sammitində imzalanan memorandumun həyata keçirilməsi üzrə konkret addımları müzakirə etməkdir.

Gununsesi.info