Türkiyə prezident seçkisində xaricdə verilən səslərin sayı açıqlandı

  • By admin
  • 25 May 2023 14:14

Türkiyədə dünən xarici ölkələrin nümayəndəliklərində xarici seçicilər siyahısında qeydə alınmış şəxslərin səsvermə prosesi başa çatıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) məlumatına görə, mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün xarici ölkələrdəki seçici siyahılarında qeydə alınan seçicilərin sayı 1 895 430 nəfərə çatıb.

1 783 107 səs yalnız xarici nümayəndəliklərdə verilib.

Gömrük-keçid məntəqələrində səsvermə 28 may bazar günü saat 17:00-a qədər davam edəcək.

Gununsesi.info