Türkiyədə emal zavodunda GÜCLÜ YANĞIN - VİDEO

  • By admin
  • 02 May 2022 09:39

Türkiyənin Qaziantep vilayətində tullantıların emalı zavodunda yanğın baş verib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 21:30 qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Səbəbi hələ məlum olmayan yanğının söndürülməsi işləri davam edir.

Gununsesi.info