Ata və bir yaşlı oğlunu maşın vurdu

  • By admin
  • 02 May 2022 09:29

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və 1 yaşlı körpəsini vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E. Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info