Türkiyədə QHT rəhbəri güllələndi

  • By admin
  • 30 Dekabr 2022 19:59

Türkiyənin keçmiş Ülkü Ocakları Təhsil və Mədəniyyət Vəqfinin Başçısı, Hacettepe Universiteti Müəllimi Dos. Dr. Sinan Ateş Ankarada silahlı hücum nəticəsində həyatını itirib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hücumda Ateşin yanında olan dostu Selman Bozkurt çiynindən yaralanıb və xəstəxanaya aparılıb.

Anadolu Agentliyinin xəbərinə görə, Sinan Ateş və Selman Bozkurt Çankaya rayonunun Çukurambar rayonundakı Kızılırmak məhəlləsində binadan çıxarkən motosikletli iki nəfərin hücumuna məruz qalıb.

Hücumda Sinan Ateş başına dəyən güllə ilə ağır yaralanıb.

Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupu tərəfindən ürəyinə masaj edilən Ateş daha sonra xüsusi xəstəxanaya aparılsa da həyatını itirib.

Türkiyənin müxalif siyasi qüvvələri bu ölümün arxasında siyasi niyyət dayandığını iddia edib.

Hətta Sinan Ateşi “şəhid” adlandırıblar.

 

Günay

Gununsesi.info