Türkiyədə güclü zəlzələ oldu

  • By Ayshan
  • 10 Noyabr 2025 22:59

Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb.

Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.

Yeraltı təkanlar ətraf vilayətlərdə hiss olunub.

Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.

Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.