“Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq” - İlham Əliyev

  • By admin
  • 14 Mart 2023 19:51

“İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, – deyə dövlət başçısı vurğulayıb.

Gununsesi.info