“Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”

  • By admin
  • 14 Mart 2023 19:40

“Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verir və bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə ümid edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə bildirib.

Almaniya Prezidenti əlavə edib ki, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. O, həmçinin vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verir.

Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Gununsesi.info