Vasif Talıbovun istefası xəbəri təsdiqləndi -YENİLƏNDİ

  • By admin
  • 21 Dekabr 2022 13:29

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Gununsesi.info xəbər verir ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

12:42

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa xəbəri yayılıb. Gununsesi.info-nun xəbərinə görə, bu barədə qərar Ali Məclisin bu gün keçirilən iclasında verilib.

Məlumata görə,  Vasif Talıbov Ali Məclis üzvlərinə istefa ərizəsini təqdim edərkən, səhhətindəki durumu əsas göstərib.

Gözlənildiyi kimi bir neçə aydan bəri Vasif Talıbov ətrafında baş verənlər onun sonluğunu gətirdi.

Vasif Talıbovun “vurulmasına” əsas səbəb isə milyardlarla vəsait əldə etməsidir.

 

Günay

Gununsesi.info