Velosiped sürən uşağı maşın vurub ÖLDÜRDÜ

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahovun VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən velosiped sürən 11 yaşlı M.H-nı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (Qafqazinfo).

Gununsesi.info