Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya oğlu Yaşar Muradov məlumat verib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
“Bu gün axşam saatlarında yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib, hazıra reanimasiyadadır”, – Yaşar Muradov bildirib.













