Yoluxma 2 minə yaxınlaşır – Operativ Qərargah bugünkü rəqəmləri açıqladı

  • By admin
  • 27 Mart 2021 15:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.

Gununsesi.info