Zəlzələ bölgəsini indi də sel apardı - ÖLƏNLƏR VƏ İTKİN DÜŞƏNLƏR VAR

 Türkiyənin on minlərlə insanın faciə yaşadığı Kahramanmaraş bölgəsini indi də sel aparıb.

Gununsesi.info xəbər verir ki, Şanlı Urfa və Malatyada yağış selə çevrilib. Şanlıurfa valisi Salih Ayhan şəhərdə baş verən sel fəlakətində 4 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Daha sonra Tandoğan səmtindəki Yavuzlar mənzilinin zirzəmisində yerləşən mənzildə 5 nəfərin meyiti tapılıb. Həmin şəxslərin Suriya vətəndaşları olduğu bildirilir. Adıyamanda seldə həyatını itirənlərin sayı 2-yə yüksəlib. İki əyalətdə itkin düşən 5 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Tərcümə:

Şəbnəm

Gununsesi.info