Zelenski və Conson son vəziyyəti müzakirə etdi

  • By admin
  • 05 May 2022 21:02

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Tərəflər Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər.

Conson və Zelenski günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi, Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.

Gununsesi.info