“Biz onlara dedik ki, “denasifikasiya” və “demilitarizasiya” ifadələrini unutsunlar. Bu barədə heç danışmayacağıq. “Denasifikasiya” sadəcə olaraq təhqiramiz səslənir. Bu ifadəni sizin tərəfinizdə işlədə bilərik. Buçadakı vəziyyətin göstərdiyi kimi, biz haqlı idik”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.
“Rusiya tərəfi özlərinə güzgüdə baxaraq “denasifikasiya” sualını versinlər. O ki qaldı “demilitarizasiya”ya, bundan söhbət belə gedə bilməz. Ordu təhlükəsizlik məsələsidir”, – Zelenski bildirib.
Ukrayna dövlət başçısı sabah onlara NATO-ya üzvlük təklif olunsa, qəbul edəcəklərini qeyd edib: “Təəssüf ki, bu, olmayacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Ona görə də həyatımızı qoruyacaq təhlükəsizliyimizə zəmanəti özümüz quracağıq”.
Gununsesi.info