Zelenskinin bu hərəkəti Putini qəzəbləndirdi - FT

  • By admin
  • 18 May 2021 09:10

Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra onun bir hərəkəti Kremlin qəzəbinə səbəb oldu.

Gununsesi.info  Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

Qeyd olunub ki, Zelenskinin Müxalif Platforması – Həyat naminə Partiyasının sədri Viktor Medvedçuka sanksiyalar tətbiq edərək, onun aktivlərini dondurması, nəzarətindəki üç televiziya kanalını bloklaması Putini qəzəbləndirib.

Bəzi analitiklərə görə, Rusiya qoşunlarının Ukrayna sərhədinə ötən ay yerləşdirilməsinin bir səbəbi də bu ola bilərdi.

Qeyd edək ki, Viktor Medvedçuk ölkəyə xəyanətdə şübhəli bilinərək, ev dustaqlığına məhkum edilib.

Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atasıdır.

Gununsesi.info