Ərdoğan Əkrəm İmamoğlunu həbs etdirmək istəyir

  • By admin
  • 11 Noyabr 2022 14:46

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun “Yüksək Seçki Qurumunun (YSK) üzvlərini təhqir etdiyi” iddiası ilə bağlı şikayət üzrə bu gün məhkəmə prosesi olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbər görə,  4 il 1 aya qədər həbs cəzası tələb edilən məhkəmədən əvvəl İmamoğlu FOX TV-də danışıb.

“Mən bu məhkəmədən utanıram. Belə məhkəmə ola bilməz. Zarafat kimidir. Tragikomik vəziyyətdir” deyən Əkrəm İmamoğlu hakimiyyəti məhkəmələri oyuncağa çevirməkdə günahlandırıb.

İstanbulun Kartal şəhərindəki Anadolu Ədliyyəsində keçirilən prosesdə prokuror Əkrəm İmamoğluna həbs cəzası ilə yanaşı həm də “siyasi fəaliyyət qadağası” da tələb edib.

Məhkəmə dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, məhkəmədə iddiaçı qismində Türkiyənin daxili işlər naziri Süleyman Soylu çıxış edir.

Tərcümə:

Günay

Gununsesi.info