Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

  • By admin
  • 24 Dekabr 2021 13:52

“Can Azərbaycanın can Prezidenti, dəyərli qardaşım, cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Rəbbimdən özünə neçə-neçə sağlam doğum günləri nəsib etməsini arzulayıram”.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“Özünə sevdikləri, dəyərli ailəsi ilə birlikdə xeyirli ömür yaşamasını diləyirəm. Bu düşüncə ilə İlham Əliyev qardaşımın doğum gününü səmimi-qəlbdən yenidən təbrik edir, can Azərbaycana salamlarımı çatdırıram. Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını daim etsin, qorusun!”, – Türkiyə lideri vurğulayıb.

Gununsesi.info